Tez-tez verilən suallar
Bu sualları artıq tək həll etməyəcəksən.
Suallar
Frilanserlər, fərdi sahibkarlar, kreativ mütəxəssislər, kiçik agentliklər və onlayn bizneslər üçün. Tək işləyirsənsə və ya kiçik komandan varsa — Easy sənin üçündür.
Bəli. Easy-ni mövcud mühasibinlə paralel istifadə edə bilərsən və ya prosesi tam bizə həvalə edə bilərsən. Keçid üçün köməklik göstəririk.
Pilot mərhələsində hesabat prosesini mühasiblə birlikdə idarə edirik: nəyin nə vaxt lazım olduğunu göstəririk və hazırlanmasında dəstək oluruq.
Xarici ödənişlərin rəsmiləşdirilməsi ilə bağlı sualları mühasiblə birlikdə cavablandırırıq və sənə uyğun addımları göstəririk.
Məlumatların yalnız xidmətin göstərilməsi üçün istifadə olunur və üçüncü tərəflərlə paylaşılmır.
Xidmət aylıq abunə modeli ilə işləyir. Pilot mərhələsində qiymət fərdi müəyyən olunur — müraciətdən sonra sənə uyğun təklif göndəririk.
